Azərbaycanda dollara tələbatın kəskin artması dollarla olan qiymətli kağızların da qiyməti yüksəlib.
FED.az xəbər verir ki, martın 10-dan sonra ölkənin dollarda olan ən məşhur qiymətli kağızının – SOCAR İstiqrazının qiyməti kəskin artıb. Nominal qiyməti 1000 dollar olan istiqrazlar hazırda 1050 dollara satılır, alış qiyməti 1030 dollardır.
Eləcə də bax: İcbari Sığorta Bürosu SOCAR istiqrazlarına investisiyalarını - 2 DƏFƏ ARTIRIB
Qeyd edək ki, SOCAR istiqazının gəlirliyi illik 5% və ya 1000 dollarlıq istiqraz üçün ildə 50 dollardır. Başqa sözlə, istiqrazın nominal və bazar qiyməti arasındakı fərq bir illik gəlir həddinə çatıb.
2016-cı ilin sentyabrında 5 illik müddətə buraxılan SOCAR istiqrazının müddəti 2021-ci ildə başa çatır.