Avropada faizlərin yüksəlməsi ehtimallarının və Amerikada inflyasiya riskinin yenidən artması, EUR/USD və GBP/USD məzənnələrin dəstək görməsinə səbəb olur.
Siyasi risklərin artması da gündəmdədir və bu, qızıla olan tələbi də artırır. İranın nüvə sazişi danışıqların bərpası fonunda da neft qiymətlərində korreksiya müşahidə edilir.
Təhlillərə əsasən, avro, funt sterlinq, qızıl və neftdə bahalaşmanın davam edəcəyi proqnozlaşdırılır.
Bununla yanaşı, gün ərzində önəmli fundamental göstəricilərin açıqlanması gözlənilməsə də cümə axşamı ABŞ-dan dərc ediləcən qiymətlərdə artıma dair rəqəmlər diqqət mərkəzindədir.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.