Şəkərin qiyməti son illərin minimum səviyyəsinə - bir funt (təxminən 0,45 kq) üçün 14,47 sentə enib, ucuzlaşma 3,6% olub. Bu, istehsalın sabitliyi və arıqlama preparatlarının uğuru səbəbindən qiymətlərə olan təzyiq fonunda baş verib.
FED.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, qiymətlərin enməsinə 2 səbəb var. Birincisi arıqlama preparatlarının uğur qazanmasıdır. Buna görə şəkər satışına tələbat azalır.
İkinci səbəb nüfuzlu Braziliya konsaltinq şirkəti "Datagro"nun ötən həftə verdiyi proqnozdur. Şirkət 2025/26-cı illərdə dünyada şəkər profisitini (artıq şəkər həcmini) 1,98 milyon ton səviyyəsində qiymətləndirib, halbuki əvvəlki proqnozda dünyada 5 milyon tonluq şəkər defisiti gözlənilirdi.
Yuxarıdakı hesablamaya əsasən, şəkərin qiyməti 1 kq ucun 32 sent və ya 54 qəpik təşkil edir.













