2025-ci ildə ABŞ-ın səhm bazarının ilkin yekunları açıqlanıb. Məlum olub ki, ötən il səhm bazarının əsas göstəricisi olan «S&P 500» indeksi tərkibində (ABŞ-ın ən böyük 500 şirkətinin səhmlərini əhatə edir) ən çox bahalaşanlar yaddaş və məlumatın saxlanması ilə bağlı şirkətlərdir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu şirkətlərin səhmlərinin balhalaşmasına «Nvidia»nın rəhbəri Censen Xuanın bəyanatı da səbəb olub.
Belə ki, son aylar belə şirkətlərin səhmləri onsuz da böyük tələbat və təklifin azlığı səbəbindən sürətlə bahalaşırdı. Bu həftə isə «Nvidia» rəhbəri Las-Veqas-dakı CES sərgisində çıxış edərək süni intellektin inkişafı ilə əlaqədar olaraq yaddaşlara böyük tələbatın hələ davam edəcəyini bəyan edəndən sonra qiymətlər bir qədər də artıb.
Nəticədə «SanDisk» şirkətinin (SNDK) səhmləri bir gündə 27% artıb. Xatırladaq ki, hələ ötən il bu şirkətin səhmləri 500 faiz bahalaşmışdı, 2026-cı ilin ilk 3 günündə isə qiymətlər daha 43% artıb.
«Western Digital» (WDC) və «Seagate Technology» (STX) şirkətləri isə, hansı ki, keçən il 3 dəfə bahalaşıblar, yeni ilin ilk günlərində 17% və 14% bahalaşıblar.
Qeyd edək ki, süni intellekt və onunla bağlı sahələrdə artım artıq 3 ildir davam edir. Amma sektorun özündə də dəyişikliklər baş verir, investorlar bu sahədəki yenilik, və yaddaşın istifadə istiqamətinə uyğun olaraq yatırımlarını dəyişirlər. Məsələn, indi trenddə olan əsas istiqamət data mərkəzlərinin yaradıliması ilə bağlıdır.
İstənilən halda «SanDisk» şirkətinin səhmdarları bundan yalnız qazanıblar – son bir ildə şirkətin səhmlərinin qiyməti düz 10 dəfə, dəqiq hesmbalayanda daha artıq yüksəlib.
Belə ki, 2025-ci ilin yanvarında şirkətin səhmini qiyməti 36 dollar olduğu halda, bu həftənin sonunda qiymətlər 377 dollara yüksəlib – 10,5 dəfə artım olub.
Hətta 6 ay əvvəl şirkətin səhmlərinin qiyməti cəs 46 dollar idi – o vaxtdan qiymətlər 8,2 dəfə artıb. Ekspertlər, hazırda suni intellekt bazarında inkişafın davam etdiyini və bu səbəbdən «SanDisk» və ona oxşar şirkətlərin səhmlərinin bundan sonra da 2026-cı ildə hələ bir müddət bahalaşacağını bildirirlər.





![Səhmləri son bir ildə 10 dəfə bahalaşan şirkət – [red]YENİ QİYMƏT, PROQNOZ[/red] | FED.az](upload/news/small/2813799.jpg)
![Səhmləri son bir ildə 10 dəfə bahalaşan şirkət – [red]YENİ QİYMƏT, PROQNOZ[/red] | FED.az](upload/news/small/2920802.png)






