Cümə axşamı ABŞ Ticarət Departamentinin açıqladığı birinci rüb üzrə Ümumdaxili Məhsulun (ÜDM) həcminə dair göstəricilərə əsasən, ölkə iqtisadiyyatı ehtimal olunandan az - 1.1% artıb.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
ABŞ-da işsizlik müavinəti üçün müraciət edənlərin sayı ötən həftə proqnozlaşrın əksinə olaraq 230 minə düşüb. Gözlənilən ev satışları indeksi isə mart ayında aylıq 5.2% azalma ilə ehtimalların altında qaldı və 2022-ci ilin noyabrından bəri ilk enişini qeyd etdi.
Dünən birjalarda ticarət bağlandıqdan sonra yanvar-mart dövrü üçün balans hesabatını açıqlayan “Facebook”, “Instagram” və “WhatsApp”-ın sahibi “Meta”-nın gəlirləri bazar gözləntilərini üstələyib. Maraqlıdır ki, şirkətin səhmlərinin qiyməti 14% artıb.
ABŞ iqtisadiyyatında inkişaf tempinin kəskin aşağı düşməsi eyni zamanda resessiya qorxularını bir qədər də artırıb. Bu da birjalarda risk iştahının azalmasına səbəb olub. Əvəzində “cash” dollara tələbin artması DXY-ın qiymətlərinə dəstək olub. Hazırda 101.30 bənd hədlərində dalğalanan dollar indeksində 103.50 bənd səviyyəsi qırılsa və “buğalar” qiyməti bu həddin üzərində saxlaya bilsələr, dollarda artım dinamikası güclənə bilər.
Digər tərəfdən, bugün Avrozonada və Almaniyada açıqlanacaq İqtisadi İnkişaf Səviyyəsi, həmçinin Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri birjalarda volatilliyi daha da artıra bilər.
Təhlil "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.