“Bakı Fond Birjası” QSC-nin (BFB) İdarə Heyətinin qərarı ilə bu gündən “Repo bazarında bağlanılan əqdlər üzrə indekslərin hesablanması və açıqlanması Qaydaları”nın yeni redaksiyası qüvvəyə minib.
“Optimal Elektronika”nın qiymətli kağızları BFB-də - DELİSİTİNQ EDİLİB
FED.az BFB-yə istinadən xəbər verir ki, qaydalara əsasən AINA (Azn INdex Average) indeksinin 2 növü hesablanır: Banklararası əqdlər əsasında hesablanmış - AINAIB indeksi və bütün əqdlər əsasında hesablanan AINAAO.
Müddəti 1-3 gün arası olan indekslər 1D AINAIB və ya 1D AINAAO, müddəti 6-8 gün olan indekslər 1W AINAIB və ya 1W AINAAO, müddəti 13-15 gün olan indekslər 2W AINAIB və ya 2W AINAAO, müddəti 29-32 gün olan indekslər 1M AINAIB və ya 1M AINAAO adlanır.
Qaydalarla aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür.
https://www.bfb.az/az/view-file/repo-bazarinda-baglanilan-eqdler-uzre-indekslerin-he.pdf
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.