"Unicapital İnvestisiya Şirkəti" ASC-nin birja dövriyyəsi 14% artıb.
FED,az Bakı Fond Birjasının açıqladığı hesabata istinadən xəbər verir ki, şirkətin əməliyyatlarının həcmi 2 milyard 934, milyon manat olub. Birja dövriyyəsi ümumilikdə son bir il ərzində 13,9% (357,1 milyon manat) artıb.
Şirkətin ARMB qiymətli kağızları dövriyyəsi 442,7 milyon manat, dövlət istiqrazları dövriyyəsi 203,2 milyon manat, korporativ istiqrazlarının həcmi 446,6 milyon manat, səhmləri 346 min 125 manat, repo əməliyyatlarının dövriyyəsi 1 milyard 841,4 milyon manat həcmində olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə dövlət istiqrazlarının dövriyyəsi 94,1%, repo əməliyyatlarının dövriyyəsi 54,4% artıb.
Şirkətin cəmi əməliyyatlarının sayı isə 3 661 olub.
Qeyd edək ki, "Unicapital İnvestisiya Şirkəti" ASC 19.12.2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 300 min manatdır, qanuni təmsilçisi Vüqar Namazov Faiq oğludur.