27 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasında “Unibank Kommersiya Bankı” ASC-nin premium bazar seqmentində olan, tədavül müddəti 18 təqvim ayı olan AZ2013002020 dövlət qeydiyyat nömrəli, 20 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
FED.az Birja-ya istinadən xəbər verir ki, hərrac zamanı 9 investor tərəfindən 10 sifariş təqdim edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi də 20 milyon manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Qeyd edək ki, istiqrazın illik faiz dərəcəsi 9%, faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödəniləcəkdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.