İlon Maskın rəhbərlik etdiyi "Tesla" şirkətinin səhmləri kəskin qiymət artımı ilə diqqət çəkib.
Tesla şirkətinin səhmləri Trampın Mask haqqında dediyi sözlərdən sonra bahalaşıb
FED.az xəbər verir ki, "Bloomberg" agentliyinin məlumatına əsasən, şirkətin səhmləri ötən günün ilk yarısında 8%-ə qədər bahalaşıb.
Bu artım, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasının pilotsuz nəqliyyat vasitələrinin tənzimlənməsini ABŞ Nəqliyyat Departamentinin əsas prioritetlərindən birinə çevirməyi planlaşdırdığına dair xəbərlərlə əlaqələndirilir.
Hazırda ölkədə tətbiq olunan federal qaydalar sükan və pedallardan məhrum avtomobillərin istehsalını planlaşdıran şirkətlər üçün əhəmiyyətli maneələr yaradır.
Qeyd edək ki, "Tesla"nın səhmləri 5 noyabr seçkilərindən bu yana ümumilikdə 28% bahalaşıb. (Trend)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.