«PAŞA Kapital İnvestisiya Şirkəti»nin dövriyyəsi 38% artıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-fevral aylarında şirkətin birja dövriyyəsi 7 milyard 49,8 milyon manat təşkil edib. 2024-cü ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 1 milyard 934,8 manat və ya 37,8% artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 8 milyon 931,7 min mana, dövlət istiqrazları üzrə dövriyyəsi 84 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 150,8 milyon manat, 50 min manat, səhmlər üzrə dövriyyəsi repo əməliyyatları üzrə dövriyyəsi 6 milyard 806 milyon manat olub.
Cari dövrdə « PAŞA Kapital İnvestisiya Şirkəti»nin repo əməliyyatlarının dövriyyəsi 93,1% (3 milyard 280,7 milyon manat) artıb.
İlk iki ayın nətciələrinə görə «PAŞA Kapital İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı 950-yə bərabər olub.