Bakı Fond Birjası bu ilin yanvar-dekabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin dövlət istiqrazlarının dövriyyələrinin həcmini açıqlayıb.
FED.az BFB-yə istinadən xəbər verir ki, 1 investisiya şirkətinin dövlət istirqazları üzrə dövriyyəsi 7 mlrd. manata yaxınlaşır.
“PAŞA Kapital İnvestisiya Şirkəti” 6,8 milyard manata yaxın göstərici ilə 1-ci yerdə dayanıb.
“ABB İnvest İnvestisiya Şirkəti”dövlət istiqrazları üzrə dövriyyəsi 1 milyard 87milyon manat ilə ikinci yerdə olub.
“CPM İnvest İnvestisiya Şirkəti” 787,2 milyon manat ilk üç lüyə daxil olub.
Ən aşağı göstərici “Troni İnvestisiya Şirkəti”ndə (1,8 milyon manat) qeydə alınıb.