Bakı Fond Birjası bu ilin yanvar-oktyabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin korporativ istiqrazlarının dövriyyələrinin həcmini açıqlayıb.
FED.az BFB-yə istinadən xəbər verir ki, 1 investisiya şirkətinin korporativ istirqazları üzrə dövriyyəsi 1 mlrd. manatdan çoxdur.
“PAŞA Kapital İnvestisiya Şirkəti” 1,1 milyard manata yaxın göstərici ilə 1-ci yerdə dayanıb.
“Assist Finance İnvestisiya Şirkəti” korporativ istiqrazları üzrə dövriyyəsi 892,8 milyon manat ilə ikinci yerdə olub.
“Unicapital İnvestisiya Şirkəti” 712,1 milyon manatla ilk üçlüyə daxil olub.
Ən aşağı göstərici “Xalq Kapital İnvestisiya Şirkəti”ndə (4,4 milyon manat) qeydə alınıb.