Nvidia şirkətinin daxili səhm sahibləri son 1 il ərzində şirkət səhmlərinin 1 milyard dollardan çox hissəsini satıb.
Wall Street-in qalibləri və itirənləri - SƏHMLƏR, QİYMƏTLƏR
FED.az xəbər verir ki, bu haqda Financial Times yazıb.
Məlumatda deyilir ki, tək bu ay şirkət səhmlərinin 500 milyon dollardan çox hissəsi satılıb. Nvidia-nın səhm qiyməti tarixində ilk dəfə rekord həddə çatdıqdan sonra icraçı direktor Jensen Huang da sentyabrdan bu yana ilk dəfə səhm satışı edib.
Nvidia-nın səhm qiyməti çərşənbə axşamı rekord həddə qalxdı. Şirkət "Səni Qızıl Dalğalar" dövrünə aparacaq şəklində şərh veriləndən sonra Nvidia dünya bazarında ən dəyərli şirkət statusunu geri qaytardı.
Son günlərdə Nvidia-nın çip istehsalı üzrə nəticələri bazarda çox böyük maraq yaradır. Şirkətə olan ümidlər, sözüsüz ki, səhmlərin qiymətinin kəskin artmasına təsir edib.
Xatırladaq ki, Nvidia-nın səhmləri aprel ayın 4-də minimum həddə enmişdi. Amma son 2 ayda ən azı 60% dəyər qazanaraq bazarda gözəl bərpa göstərib.
Hal-hazırda səhmin qiyməti 157,75 dollar təşkil edir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.