5 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Legion Financial” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumaat görə, qeyd olunan səhmlərin Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 23-25 sentyabr 2024-cü il tarixi aralığında yekunlaşmışdır.
Məlumata görə, səhmlərə 2 investor 395 min manatlıq 2 sifariş təqdim edib. 1 milyon manatlıq səhmlərin 395 min manatlıq hissəsi yerləşdirilib.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Legion Financial” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001025464
Səhmlərin növü və forması: Səhm adi, sənədsiz, adlı
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı
Səhmlərin sayı: 10 000 (ədəd)
İlkin ticarət qiyməti: 100 manat
Buraxılış həcmi: 1 000 000 manat
Hərrac qiyməti: 100 manat
Reallaşdırılmış həcm: 395 000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 395 000 manat
İnvestor sayı: 2
Sifariş sayı: 2
Anderrayter: “Assist Finance İ.Ş” ASC