Dünyanın ən populyar kriptovaluyutası sayılan "Bitcoin"in investisiya axınları üzrə qızılla rəqabət etdiyi üçün uzunmüddətli dövrdə əhəmiyyətli dərəcədə arta bilər.
FED.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, bu barədə "JPMorgan Chase & Co" şirkətinin direktoru Nikolos Panigirtzoğlu deyib.
Onun sözlərinə görə, özəl sektorda qızıl yatırımlarına çatmaq üçün "Bitcoin"in hazırkı bazar kapitallaşması (təxminən 575 mlrd. ABŞ dolları) 4,6 dəfə artmalıdır. Məhz bu halda kriptovaluyutanın nəzəri dəyəri 146 min dollara çatıb və hətta bu rəqəmi keçə bilər: "Qızılın alternativ valyuta kimi sıxışdırılması "Bitcoin" üçün uzunmüddətli perspektivdə böyük potensial vəd edir. Bunun qıza bir zamanda reallaşma ehtimalı azdır və düşünürük, bu, çoxillik prosesdir. Bu, "Bitcoin"in göstərilən 146 min dollarlıq nəzəri hədəf qiymətin uzunmüddətli hədəf kimi və bu il üçün volatil qiymət hədəfi kimi qəbul edilməsini nəzərdə tutur".
Qeyd edək ki, bu gün saat 7:40-da "Bitcoin"in qiyməti 3,3% artaraq 32 056 dollar təşkil edib. (Apa)