EGA
Hüquqşünas
Son tarix 04 dek 2026 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Hüquqi şəxslərin təsis sənədlərinin hazırlanması və aidiyyəti dövlət orqanlarına təqdim edilməsi;
- Müxtəlif növ müqavilələrin hazırlanması, müqavilə layihələrinin hüquqi ekspertizasının aparılması və müvafiq rəylərin verilməsi;
- Patent, əmtəə nişanı, lisenziya, icazə və digər hüquqi sənədlərin əldə edilməsi ilə bağlı proseslərin həyata keçirilməsi;
- Dövlət orqanlarından xidmət göstərilən şirkətlərə daxil olan müraciətlərin araşdırılması və cavablandırılması;
- Xidmət göstərilən şirkətlərdən daxil olan hüquqi müraciətlərin araşdırılması və müvafiq hüquqi cavabların hazırlanması;
Namizədə dair tələblər:
- Hüquq sahəsində minimum 1 il iş təcrübəsi;
- Konsaltinq sahəsində iş təcrübəsi arzuolunandır və üstünlük hesab olunur;
- Hüquqi sənədlərlə işləmək və hüquqi rəylər hazırlamaq bacarığı;
- Güclü analitik düşünmə və hüquqi araşdırma aparmaq qabiliyyəti;
- Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarığı;
- Müştərilərlə nəzakətli, səbirli və peşəkar ünsiyyət qurmaq bacarığı;
- Komandada işləmək bacarığı;
- İngilis dili biliyi – mütləqdir;
- Rus dili biliyi – üstünlükdür.
İş şəraiti:
- İş yeri: Zərifə Əliyeva küçəsi 55;
- İş qrafiki: 5 günlük iş həftəsi;
- Əməkhaqqı: 700–1000 AZN (namizədin bilik və təcrübəsinə uyğun olaraq).
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.














