Kriptovalyuta bazarında ucuzlaşma davam edir. Son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyəti dəyər itirib, “Bitcoin”in qiyməti isə 77 min dollardan aşağı düşüb.
FED.az xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin” son sutkada 2,21% ucuzlaşaraq 76 761,78 ABŞ dollarına enib. Kriptovalyutanın qiyməti son 7 gündə 3,61%, son 30 gündə isə 9,49% azalıb.
“Ethereum” 2,39% ucuzlaşaraq 2 249,39 dollara, BNB 2,58% azalaraq 695,02 dollara düşüb. Ən kəskin eniş “Zcash”da qeydə alınıb. Kriptovalyuta 11,37% dəyər itirərək 1 134,84 dollara geriləyib.
“Bitcoin Cash” 4% ucuzlaşaraq 274,14 dollara, “Bittensor” 4,24% azalaraq 223,67 dollara, “Quant” isə 3,85% geriləyərək 192,53 dollara enib.
Bununla yanaşı, “Monero” 0,75% bahalaşaraq 605,69 dollara yüksəlib.
Qızıl əsaslı kriptovalyutalarda da müsbət dinamika müşahidə olunub. “PAX Gold” (PAXG) 0,33% artaraq 3 925,33 dollara, “Tether Gold” (XAUT) isə 0,39% bahalaşaraq 3 911,84 dollara çatıb.
“CoinMarketCap 20” indeksi son 24 saatda 2,40% azalaraq 155,66 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması 1,54 trln. dollara enib.
Analitiklər bildirirlər ki, kriptovalyuta bazarındakı eniş investorların riskli aktivlərə münasibətdə ehtiyatlı davranması və satış təzyiqinin güclənməsi ilə əlaqəli ola bilər. Son bir ayda əsas kriptovalyutaların əksəriyyətinin dəyər itirməsi bazarda mənfi tendensiyanın davam etdiyini göstərir.














