11 mart 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "İnternational" QSC-nin ümumi dəyəri 2 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, 14 aprel 2022-ci il tarixində BOKT "İnternational" QSC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 2 min ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 14%, tədavül müddəti 18 ay, kupon faizlərinin ödəniş müddəti hər aydır.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.