BOKT "Finans Kredit" MMC-nin buraxılış həcmi 200,000 (iki yüz min) manat olan istiqrazlarının Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə yerləşdirilməsi 16 iyul 2024-cü il tarixində yekunlaşıb.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, istiqrazlara 1 investor 1 sifariş təqdim edib. İstiqrazlar tam məbləğdə yerləşdirilib.
12 iyul 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "Finans Kredit" MMC-nin buraxılış həcmi 200,000 (iki yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: BOKT "Finans Kredit" MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2003023556
İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması: Kütləvi/Birqiymətli
İstiqrazın sayı: 200 (ədəd)
İlkin ticarət qiyməti: 1,000 manat
Buraxılış həcmi: 200,000 manat
Hərrac qiyməti: 1,000 manat
İllik gəlirlilik faizi: 15%
Reallaşdırılmış həcm: 200,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 200,000 manat
İnvestor sayı: 1
Sifariş sayı: 1
Ödəmə Periodu: İlk istiqraz yerləşdiyi tarixdən etibarən 30 (otuz) gündən bir ödəniləcəkdir
Tədavül müddəti: 24 ay
İstiqrazların ödəmə tarixi: 16.07.2026
Anderrayter: “CPM İnvest İnvestisiya Şirkəti” ASC
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.