29 may 2024-cü il tarixində saat 10:00-da "Cənubtikintiservis" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi 25 saylı ünvanda baş tutacaq.
Yığıncağın gündəliyində olan məsələlər aşağıdakılardır:
1. "Cənubtikintiservis" Açıq Səhmdar Cəmiyyətinin 2023-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunları barədə hesabatı
2. "Cənubtikintiservis" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin və Maliyyə-təftiş komissiyasının formalaşdırılması.
Növbəti ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Əlaqə telefonu: 012-491-00-30