31 mart 2022-ci il tarixində Bakı Fond Birjasında "Bravo" Supermarketlər şəbəkəsinin də daxil olduğu "Azərbaycan Supermarket" MMC-nin tədavül müddəti 3 təqvim ili olan AZ2003023523 dövlət qeydiyyat nömrəli, 10 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 1001.2735 (10.45%) və 1053.826 (8.45%) olan 14 sifariş təqdim edilmib.
Emitentin qərarına əsasən istiqrazların kəsmə qiyməti 1052.4731 (8.5%), orta ölçülmüş qiyməti 1052.6888 (8.4920%) müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 18 milyon 784 min manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10 milyon manat təşkil etmişdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.
İstiqrazın illik faiz dərəcəsi 10.5 % , faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödəniləcək.