Bu gün Bakı vaxtı ilə saat 10:40-da birjalarda dünyanın ən populyar kriptovalyutası sayılan "Bitcoin"nin dəyəri 59,6 min ABŞ dolları təşkil edib ki, bu da son dörd ayda qeydə alınmış ən yüksək göstəricidir.
FED.az xəbər verir ki, son sutka ərzində sözügedən kriptovalyuta 2% bahalaşıb. "CoinGecko" resursunun məlumatına görə, hazırda "Bitcoin"in kapitallaşması 1,07 trln. dollar, günlük ticarət həcmi isə 40 mlrd. dollar səviyyəsindədir.
Qeyd edək ki, "Bitcoin"in tarixi maksimumu cari ilin aprelində qeydə alınmışdı – 64,9 min dollar. (Apa)