Birja

"Bakı Fond Birjası"nın dövriyyəsi - 75% Artıb - SİYAHI

"Bakı Fond Birjası"nın dövriyyəsi - 75% Artıb - SİYAHI | FED.az
12:56 7 İyul 2021

Bu ilin yanvar-iyun aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 8 303,1 milyon manat təşkil edib.

Eləcə də bax: Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-iyun, 2021)

FED.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,5 dəfə artaraq 5 460 olub.

BFB-nin dövriyyəsinin 62,2%-i, yaxud 5 168,5 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 74,4% çoxdur.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 5 dəfə azalaraq 203,65 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 3,9 dəfə artaraq 2 930,9 milyon manat olub.(Report)

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.

Banner

Digər xəbərlər