Bu ilin yanvar-iyun aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 7 949,54 milyon manat təşkil edib.
FED.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % azdır.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 15,4 % azalaraq 4 620 olub.
BFB-nin dövriyyəsinin 62,2%-i, yaxud 4 448,457 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 13,9 % azdır.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 2,6 dəfə artaraq 524,27 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 1,6 % artaraq 2 976,813 milyon manat olub. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.