Bu ilin yanvar-may aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 6 871,1 milyon manat təşkil edib.
FED.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,6 dəfə artaraq 4 559 olub.
BFB-nin dövriyyəsinin 64,8%-i, yaxud 4 450,7 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 2 dəfə çoxdur.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 6,6 dəfə azalaraq 144,647 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 3,4 dəfə artaraq 2 275,7 milyon manat olub. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.