2021-ci ildə "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 15 milyard 300,75 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, 2020-ci illə müqayisədə 18,6 % çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,1 dəfə artaraq 11 828 olub.
BFB-nin dövriyyəsinin 47,6 %-i, yaxud 7 milyard 287,806 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 15,5 % azdır.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 2,6 dəfə azalaraq 816,611 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 3,3 dəfə artaraq 7 milyard 196,335 milyon manat olub.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.