Bakı Fond Birjası bu ilin yanvar-dekabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin səhmlərinin dövriyyələrinin həcmini açıqlayıb.
FED.az BFB-yə istinadən xəbər verir ki, 1 investisiya şirkətinin səhmlər üzrə dövriyyəsi 110 milyon manatdan çoxdur.
Belə ki, “ABB İnvest İnvestisiya Şirkəti” 113,5 milyon manatdan çox göstərici ilə 1-ci yerdə dayanıb.
“CFI Financial İnvestisiya Şirkəti” 20,3 milyon manatla ikinci yerdə olub.
Assist Finance İnvestisiya Şirkəti” səhmlərinin dövriyyəsi 16,3 milyon manat ilə üçüncü yerdə olub.
Ən aşağı göstərici “Xalq Kapital İnvestisiya Şirkəti”ndə (3,5 min manat) qeydə alınıb.
"Troni İnvestisiya Şirkəti”ndə səhmlər üzrə dövriyyə 31,5 min manata bərabər olub.