Dünən axşam dollar avro qarşısında bahalaşsa da, yen qarşısında bir qədər ucuzlaşıb.
EURUSD məzənnəsi əvvəlki bağlanış səviyyəsi - 1.0827-dən 1.0807 həddinə qədər ucuzlaşsa da, hal-hazırda 1.0822 səviyyəsində ticarət
USDJPY məzənnəsi isə 151.353 səviyyəsinə qədər geriləyib. Dollar indeksi 0.09% artaraq, 104.39 bənd təşkil edir.
Çərşənbə günü səhər yen dollar qarşısında son 34 ilin ən aşağı səviyyəsinə çatıb. Yaponiyanın maliyyə naziri Şuniçi Suzuki bildirib ki, nazirlik yen kursunun rekord ucuzlaşmasına cavab olaraq qəti addımlar atmağa hazırdır.
Cümə axşamı, treyderlər son rüb üçün ABŞ-ın yekun ÜDM məlumatlarını qiymətləndirəcəklər. Birinci qiymətləndirmə Amerika iqtisadiyyatının illik ifadədə 3.3%, ikincisi qiymətləndirmə isə 3.2% artdığını göstərdi.
Cümə günü ABŞ-da katoliklərin bayramı, Müqəddəs Cümə günü olmasına baxmayaraq, ölkə əhalisinin gəlir və xərclərinə dair məlumatlar dərc olunacaq. Fevral ayı üzrə göstəricilərin müvafiq olaraq 0.4% və 0.5% səviyyəsində artıqları proqnozlaşdırılır.
Qızıl qiymətləri ötən gün ilə müqayisədə 2177$ səviyyəsindən, 2195$ səviyyəsinədək artım tendensiyası göstərib. Eyni qaydada neft qiymətləri də bahalaşırlar. Lakin dünən ABŞ-ın kommersiya məqsədli neft ehtiyatlarının artması fonunda “qara qızıl”-ın qiyməti bir qədər ucuzlaşıb. “Brent” markalı neft bir barrel üçün 86.40$ səviyyəsində, “WTI” markalı neft isə bir barrel üçün 82.40$ səviyyəsində ticarət olunur.
Məlumat "İnvest-AZ" İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.