Avronun dollar qarşısında məzənnəsi ardıcıl iki ticarət sessiyasında eniş tendensiyasını göstərəndən sonra, dünən axşam bir qədər artıb. Hazırda EUR/USD cütlüyü 1.0762 səviyyəsi ətrafında ticarət olunur. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0.12% azalaraq, 104.33 bənd təşkil edib.
Bu həftə səhmləri ən çox bahalışıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (29 yanvar – 01 fevral, 2024)
FED rəsmiləri, o cümlədən sədr Cerom Pavel, monetar siyasətin yumşaldılmasının tezliklə başlayacağına dair bazar gözləntilərini fəal şəkildə cilovlamağa çalışırlar. Əmək bazarına və iqtisadi aktivliyə dair göstəricilərin də proqnozların üzərində dərc olunması, faiz dərəcəsinin yaxın zamanda azaldılması ilə bağlı narahatlıqları artırdı.
Eyni zamanda, Yaxın Şərqdəki vəziyyət neft nəqli üçün risklər yaratmaqda davam edir. Yəmənin Qırmızı dəniz sahillərinin böyük hissəsinə nəzarət edən "Ansar Allah" (Husi) hərəkatı daha əvvəl İsrail ilə əlaqəli olan bütün gəmilərə hücum etmək niyyəti barədə xəbərdarlıq etmişdi. Çərşənbə axşamı KİV-lər Yəmən sahillərində Yunanıstana məxsus ticarət gəmisinə hücum edildiyini bildirdilər.
Bundan əlavə, bugün Amerika Neft İnstitutu (API) ölkədə kommersiya məqsədli neft ehtiyatlarının fevralın 2-də bitən həftə üçün 0.7 milyon barrel artdığını bildirib. Rəsmi statistika çərşənbə günü axşam ölkənin Energetika Nazirliyi tərəfindən açıqlanacaq. Analitiklər göstəricinin 1.9 milyon barrel artığını ehtimal edirlər.
Bugün Almaniyada dərc olunacaq Sənaye Sektorunda İstehsalın Həcmi və ABŞ-da açıqlanacaq İdxal, İxrac və Ticarət Saldosu göstəriciləri investorların maraqla gözlədikləri hadisələrdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.