Dünən axşam ABŞ-da statistik məlumatların dərcindən sonra, dollar major valyutalar qarşısında kəskin ucuzlaşdı. Lakin bugün ölkədə dərc olunacaq Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İşyerlərinin Sayı (NFP) və İşsizlik Səviyyəsi göstəriciləri ərəfəsində birjalarda volatillik aşağıdır. Eksperlərin proqnozlarına görə, işsizlik səviyyəsi 3.7%-dən 3.8%-ə yüksəlib, qeyri-kənd təsərrüfatı sektorunda işləyənlərin sayı isə 180 min nəfər artıb.
EUR/USD və GBP/USD valyuta cütlükləri hal-hazırda müvafiq olaraq 1.0876 və 1.2748 hədlərində ticarət olunurlar. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0.01% artaraq 103.06 bənd təşkil edib.
Dolların bir qədər ucuzlaşması fonunda qızıl dünən 2065$ həddini test etdi. Hal-hazırda 2055$ səviyyəsində ticarət olunur. “Brent” markalı neftin qiyməti isə kəskin ucuzlaşaraq 79.50$ səviyyəsində qərarlaşıb.
Əlavə olaraq bugün ABŞ-da əhalinin gəlirlərinə dair açıqlanacaq göstəriciləri də qeyd etmək lazımdır. Göstəricinin 0.4% səviyyəsindən 0.3% səviyyəsinə qədər enəcəyi proqnoz edilir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.