Son günlərdə bir qədər bahalaşan dollar, cari ticarət həftəsini major valyutalar qarşısında öz mövqelərini itirərək başladı.
EUR/USD, GBP/USD və USD/JPY valyuta cütlükləri hal-hazırda müvafiq olaraq 1.0954, 1.2744 və 143.66 səviyyələrində ticarət olunurlar.
Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 102.24 səviyyəsində qərarlaşıb.
Bugün ABŞ-da açıqlanacaq İdxal həcmi , İxrac həcmi və Ticarət Saldosu göstəriciləri investorların diqqət mərkəzində olan əsas hadisələrdir.
Eləcə də, Avropadan İşsizlik Səviyyəsi və Kanadadan Ticarət Saldosu məlumatları beynəlxalq birjalarda volatilliyə səbəb ola bilərlər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.