ABŞ-da bugün açıqlanacaq Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin sayına (NFP) dair göstəricilər öncəsi dünya birjalarında dollar güclü mövqelərini qorumaqda davam edir.
ABŞ-da zəif açıqlanan "JOLTS" Boş İş Yerləri və Vakansiyalar və özəl sektorda məşğulluqla bağlı məlumatlar (ADP) göstəricilər əmək bazarında bir soyumağa işarə etsə də, dünən dərc edilən İlk Dəfə İşsizlik Müavinatı üçün Müraciətlərin Sayı ilə bağlı həftəlik məlumatlar qarışıq siqnallar verdi.
Hesabata görə ABŞ-da İlk Dəfə İşsizlik Müavinatı üçün Müraciətlərin Sayı 2 dekabr ilə bitən həftədə 220 minə yüksəldi, lakin bu artıma baxmayaraq, işsizlik müavinəti müraciətləri bazar proqnozlarının altında qaldı. Bundan əlavə, işsizlik müavinəti müraciətlərində davam edən azalma, işdən çıxarmaların sürətinin artmadığını göstərdi.
Analitiklər bugün açıqlanacaq Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin sayına dair göstəricilərin ABŞ-da pul-kredit siyasətinin gedişatı ilə bağlı daha çox ipucu əldə etmək üçün investorların diqqət mərkəzində olduğunu bildiriblər.
Digər tərəfdən, dünən ən qabaqcıl süni intellekt modeli "Gemini"-ni təqdim edən “Google”-un ana şirkəti “Alphabet”-in səhmlərinin 5%-dən bahalaşması da bazarlarda müsbət gedişi dəstəklədi.
“Meta”, “OpenAI” və “Microsoft AMD”-nin ən yeni süni intellekt çipindən istifadə edəcəklərini elan etdikdən sonra “Advanced Micro Devices” (AMD) səhmləri də 9%-dən çox artıb.
Məlumat InvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.