Dünən FED-in son toplantısının protokollarının dərc olunmasından sonra dollar major valyutalar qarşısında bir qədər bahalaşdı. Hal-hazırda EUR/USD, GBP/USD və USD/JPY valyuta cütlükləri müvafiq olaraq 1.0913, 1.2530 və 148.41 səviyyələrində ticarət olunurlar.
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) noyabr toplantısının protokollarına əsasən, bütün iştirakçılar inflyasiyanın davamlı şəkildə azalmağa başlayana qədər tənzimləyici qurumun sərt monetar siyasətinin davam etdirilməsinin məqsədəuyğun olacağını qeyd ediblər.
Həmçinin oktyabr ayında ABŞ-ın ikinci əl mənzil bazarında satışların sayı sentyabr ayı ilə müqayisədə 4.1% azalaraq 3.79 milyon təşkil edib.
Qızıl 2007$ həddini yoxlayaraq, "FOMC"-nin toplantı protokolu dərcindən sonra bir qədər ucuzlaşıb. Hal-hazırda “qıymətli metal” 1999$ civarında ticarət olunur.
Bugün Böyük Britaniyada Dövlət büdcəsinə dair məlumatlar dərc olunacaq. Göstəricilərin müsbət açıqlanması funtun dollar və avro qarşısında mövqelərinin möhkəmləməsi ilə nəticələnə bilər.
Eyni zamanda bugün Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da açıqlanacaq Uzunmüddətli İstifadə Məhsulları Üzrə Sifarişlərin Baza İndeksi və İşsizlik Müavinatı Üzrə Ərizələrin Sayındakı Dəyişikliklər kimi önəmli iqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq əsas hadisələrdir.
Məlumat InvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.