ABŞ-dan dərc olunacaq statistik məlumatlar öncəsi çərşənbə axşamı günü birjalarda dollar major valyutalar qarşısında bir qədər bahalaşıb. Hal-hazırda EUR/USD, GBP/USD və USD/JPY valyuta cütlükləri müvafiq olaraq 1.0710, 1.2332 və 150.27 səviyyələrində ticarət olunullar.
Bu həftə səhmləri ən çox bahalışıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI
Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0.18% artaraq 105.4 bənd təşkil edib. Dolların gücünün artması qızılın ucuzlaşması ilə nəticələnir.
Ekspertlər qeyd edirlər ki, qızıl qısa müddətdə İsrail və HƏMAS arasındakı vəziyyət və ABŞ-da əmək bazarının zəifləməsi fonunda “Güvənli liman” kimi müəyyən dəstək ala bilər, orta və uzunmüddətli perspektivdə isə ABŞ-ın monetar siyasətinin yumşaldılması artım tendensiyasını dəstəkləyə bilər.
Həmçinin bugün ABŞ-dan açıqlanacaq ticarət saldosu göstəriciləri və Almaniyadan sənaye sektorunda istehsal həcminə dair rəqəmlər investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.