Yaxın Şərqdəki geosiyasi vəziyyət fonunda risklərin artması investorlara “təhlükəsiz liman” maliyyə aləti kimi ABŞ dollarına üstünlük verməyə sövq edir. Bu səbəbdən də dollar major valyutalar qarşısında bir qədər bahalaşır.
Bu həftə səhmləri ən çox bahalışıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI
20 oktyabrda bitən həftədə ABŞ-ın neft ehtiyatları 1.4 milyon barrel artıb. Analitiklər göstəricinin cəmi 0.2 milyon barrel artacağını proqnozlaşdırmışdılar.
Dolların möhkəmlənməsi həmçinin neftin ucuzlaşmasına səbəb olur. Eyni zamanda, analitiklər Yaxın Şərqdəki vəziyyətlə əlaqədar neftin qiymətinin yaxın gələcəkdə yenidən bahalaşa biləcəyini ehtimal edirlər.
Bugün Avropa Mərkəzi Bankı (AMB) son toplantısının protokollarını dərc edəcək və faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Ekspertlər göstəricinin 4.5% səviyyəsində qalacağını proqnoz edirlər.
Bakı vaxtı ilə saat 16:30-da ABŞ Ticarət Departamentinin İqtisadi Təhlil Bürosu üçüncü rübdə ölkənin ÜDM dinamikasının ilk qiymətləndirməsini dərc edəcək. Eyni zamanda, ABŞ Əmək Departamenti oktyabrın 21-də bitən həftə üçün İşsizlik Müavinatı Üzrə Ərizələrin Sayındakı dəyişikliklər ilə bağlı məlumatları açıqlayacaq.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.