Yaxın Şərqdəki gərgin vəziyyətin kəskinləşməsi ilə bağlı narahatlıqlar fonunda “güvənli liman” maliyyə aləti kimi qızıl 1962$ səviyyəsinə qədər bahalaşıb.
Dollar isə major valyutalar qarşısında artım tendensiyası sərgiləməyə davam edir.
Dünən ABŞ-dan Tikinti Üzrə İcazələrin sayı və Tikintisi Başlanılan Yeni Evlərin sayına dair göstəricilər dolların valyuta birjalarıda qiymətlərinə dəstək oldu.
Bugün dərc olunacaq İşsizlik Müavinatı Üzrə Ərizələrin Sayındakı Dəyişikliklər və Təkrar Mənzil Bazarında Satışların sayı kimi önəmli statistik rəqəmlər investorların diqqət mərkəzində olacaq.
Həmçinin Bakı vaxtı ilə saat 20:00-da FED sədri Cerom Pavelin çıxışı da dünya birjalarında tendensiyaların formalaşmasına ciddi təsir edə bilər.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.