ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot faiz dərəcəsini dəyişməz saxladıqdan sonra, bu ilin sonu üçün federal fondların faiz dərəcəsi ilə bağlı proqnozlarını neqativə doğru redaktə etməsi fonunda dollar indeksi kəskin gerilədi. Nəticədə major valyutalar dollar qarşısında bahalaşdılar.
Makroiqtisadi məlumatlar tərəfində, ABŞ-da işsizlik müavinəti üçün ilk dəfə müraciət edənlərin sayı iyunun 10-da bitən həftədə 262.000-lik göstərici ilə proqnozları üstələyib və 2021-ci ilin oktyabrından bəri ən yüksək səviyyəsini qoruyub.
Ölkədə sənaye istehsalı da may ayında aylıq 0.2 faiz azalaraq ehtimalların altında qalıb.
Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi iyun ayında -13.7 bəndlik göstərici ilə ehtimalların altında qalsa da, Nyu York FED tərəfindən açıqlanan Biznes Aktivliyi İndeksi isə iyun ayında 6.6 bənd ilə proqnozları üstələdi.
ABŞ-da pərakəndə satışlar isə may ayında azalma ehtimallarının əksinə aylıq müqayisədə 0.3% artıb.
102.20 bənd hədlərinə qədər geriləyən dollar indeksi 103.50 bənd həddindəki psixoloji səviyyənin altında qaldığı müddətcə, dollarda eniş tendensiyası daha kəskin xarakter ala bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.