Yaxın Şərqdəki gərginliyin bazarları sarsıtması ilə bazar ertəsi təhlükəsiz liman alətləri kimi ABŞ dolları və yen bahalaşıblar. Cümə günü ABŞ-dan açıqlanan əmək statistikası dolların üzərində təzyiqləri artırdı.
«İnvest-Az İnvestisiya Şirkəti»nin dövriyyəsi – 5 DƏFƏ ARTIB
Lakin cari həftəyə də enişlə başlayan dollar indeksi həftənin ilk ticarət gününü 106.13 bənd səviyyəsində tamamladı. Baxmayaraq ki, ABŞ-da qeyri-kənd təsərrüfatı sektorunda yeni iş yerlərinin artımı sentyabr ayında sürətləndi və işsizlik səviyyəsi dəyişmədi, lakin, FED-in 31 oktyabr - 01 noyabr tarixlərində keçirilərəcək toplantısında faiz dərəcələrini artırmayacağına dair ehtimalların güclənməsi dolların ucuzlaşmasına səbəb oldu.
Bugün investorlar Bakı vaxtı ilə saat 16:00-da AMB sədri Kristin Laqardın baş tutacaq çıxışını diqqətlə izləyəcəklər. Həmçinin Türkiyədən açıqlanacaq İşsizlik Səviyyəsi göstəricisi treyderlərin maraq göstərdiyi hadisələrdən biridir.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.