Yanvar-sentyabr aylarında «İnvest-Az İnvestisiya Şirkəti»nin birja dövriyyəsi kəskin artıb.
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı - SİYAHI
İnvestisiya şirkətlərinin səhm ticarətinin həcminə görə renkinqi - (YANVAR-SENTABR/2023)
İnvestisiya şirkətlərinin əməliyyatların sayına görə renkinqi - (YANVAR-SENTABR/2023)
FED.az xəbər verir ki, 2023-ci ilin yanvar-sentyabr aylarında şirkətin birja dövriyyəsi 258 milyon 858 min manat təşkil edib.
2022-ci ilin eyni dövrünə nisbətən şirkətin birja dövriyyəsi 206 milyon 108 min manat və ya 4,9 dəfə yüksəlib.
Xatırladaq ki, 2022-ci ilin analoji dövründə şirkətin birja dövriyyəsi 52 milyon 751 min manat olmuşdu.
Bu dövrdə Şirkətin dövlət istiqrazları üzrə əməliyyatlarının həcmi 64 milyon 230 min manat olub. Bu da illik müqayisədə 62 milyon 64 min manat, başqa sözlə 30 dəfə çoxdur.
Korporativ istiqrazlar üzrə əməliyatlar isə 7 milyon 134 min manat olub.
2023-cü ilin yanvar-sentyabr aylarında «İnvest-Az İnvestisiya Şirkəti»nin səhmlərlə əməliyyatları da 20 min manat (1,5%) artaraq 1 milyon 322 min manata yüksəlib.
Ən sürətli artım repo əməliyyatlarında baş verib – bu əməliyyatlar 62,1 dəfə artaraq 186 milyon 173 min manat təşkil edib.
Ümumilikdə 2023-cü ilin ilk 9 aynıda «İnvest-Az İnvestisiya Şirkəti» ilə birjada 2 029 əməliyyat aparılıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.