Dolların aparıcı valyutalara nisbətən orta qiymətində bahalaşma dalğasının zəiflədiyinin və korreksiyaya başladığı müşahidə edilir.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
Bunun əsas səbəbi həm texniki olaraq 103.42 punktun dollar indeksi üçün güclü müqavimət səviyyəsi hesab edilməsidir, həm də gələcək günlərdə önəmli fundamental göstəricilərin dərc edilməsidir ki, treyderlər ehtiyatlı davranırlar.
Bu gün Bakı vaxtı ilə saat 17:30-da Amerikanın xarici ticarət dövriyyəsi ilə əlaqədar vacib rəqəmlər yayımlanacaq. Saat 21:40-da FED sədri Jerom Povelin çıxışı da diqqət mərkəzindədir. Cümə axşamı və cümə günləri isə müvafiq olaraq Almaniyadan inflyasiya və İngiltərədən iqtisadi inkişaf, sənaye göstəriciləri dərc ediləcəkdir. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür