“FOMC”-nin çərşənbə günü dərc olunan son iclasının protokollarında rəsmilər yüksək inflyasiya riskinin qorunduğunu və tendensiyanın qalacağı təqdirdə, daha sürətli faiz artımı siyasətinin izləniləcəyini bildiriblər. Digər tərəfdən Avropada müharibə riskinin gündəmi zəbt etməsi, dünya birjalarında risk iştahının yenidən azalmasına səbəb olur.
Bununla yanaqşı, Avropa Mərkəzi Bankının bu gün Bakı vaxtı ilə saat 13:00-da dərc olunacaq aylıq hesabatı da EUR/USD və GBP/USD cütlüklərindəki dalğalanmalara ciddi təsir edə bilər. Saat 15:00-da açıqlanacaq Türkiyə Cümhuriyyəti Məkrəzi Bankının faiz qərarı da investorların diqqət mərkəzindədir.
Qlobal risklərin artması, qızıla olan tələbin yenidən artmasına səbəb olmuşdur ki, qiymətli metalin bir unsiyası 1873$-a kimi bahalaşıb. Trend 1880$-ın qırılması ilə nəticələnərsə, 1920$-a kimi güclənə bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.