Sabah 22.00-da ABŞ Mərkəzi bankının “Faiz qərarı”nı açıqlaması ərəfəsində bazarlarda sakitlik hökm sürür. İnflyasiya ilə mübarizə tədbirləri çərçivəsində ABŞ-da pul siyasətinin daha da sərtləşməsi gözlənilir.
Bu gün Bakı vaxtı ilə 16.30-da ABŞ-dan açıqlanacaq “Yeni mənzil tikinti icazələri” məlumatları və 21.00-da Avropa Mərkəzi bankının sədri Kristin Laqardın çıxışı investorların diqqət mərkəzində olacaq.
1660$ qədər ucuzlaşan qızılda artım tendensiyasının davam edəcəyi gözlənilir. 1675$ səviyyəsinin qırıldıldığı təqdirdə 1680$ və 1700$ səviyyələrinədək artım ola bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.