Dünən Bakı vaxtı ilə saat 18:30-a olan ticarət məlumatlarına əsasən, Çikaqo Ticarət Birjasında (CME) martın 6-da qızılın aprel fyuçersinin qiyməti 0.54% artaraq bir unsiya üçün 2153.55 dollara yüksəlib. Bu, yeni tarixi maksimum olub.
FED.az xəbər verir ki, əvvəlki qiymət rekordu 2152.3 dollardır və 2023-cü il dekabrın 4-də qeydə alınıb.
Qızıl qiymətləri əvvəlki beş sessiyada təxminən 5% bahalaşıb. “Bloomberg”in qeyd etdiyi kimi, ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauel tənzimləyicinin bu il faiz dərəcələrini aşağı salacağı ehtimalını təsdiqlədikdən sonra qiymətli metalın qiymətləri artmağa davam edib, lakin bu mövzuda heç bir qərar verilmədiyini bildirib. (Banker.az)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.