Səngimək bilməyən qeyri-müəyyənliklər və birjaların FED-in faiz artımlarını dayandıracağı ehtimallarını qiymətləndirməyə başlaması fonunda dollar indeksinidəki artım tendesiyası yenidən enişlə əvəzlənib. Ötən həftəni 100.80 bənd səviyyəsindəki kritik dəstək həddinin üzərində, 100.86 bənddə başa vuran dollar indeksində bütün suallara bu gün açıqlanacaq aprel ayı üçün inflyasiya göstəriciləri aydınlıq gətirə bilər. Analitiklər İstehlak Qiymətləri Baza İndeksinin aylıq nüqayisədə 0.4%, illik müqayisədə isə 5.5% artacağını ehtimal edirlər. Manşet inflyasiyanın (CPİ) isə aylıq 0.4%, illik 5% artacağı proqnozlaşdırılır.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
Bu gün həmçinin Almaniyada İstehlak Qiymətləri İndeksi və ABŞ-ın kommersiya məqsədli neft ehtiyyatlarının həcminə dair göstəricilər də investorlarının diqqət mərkəzində olacaq.
Qlobal iqtisadiyyatlarda artan narahatlıqlar fonunda qızıl “güvənli liman” missiyasını davam etdirir. Təhlillərə əsasən qiymətli metalın bir unsiya üzrə dəyəri 2029$ səviyyənin üzərində möhkəmlənə bilsə, artım tendensiyasının 2038$-a və 2050$-a kimi davam edəcəyi ehtimal edilir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.