İnvestorlar bu həftə ABŞ-da inflyasiya məlumatlarının açıqlanmasını gözləyərkən, həftənin ilk ticarət günündə birjalarda qarışıq tendensiya müşahidə edildi.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) Nyu York Şöbəsinin açıqladığı məlumatlara görə, Amerika istehlakçılarının qısamüddətli inflyasiya gözləntiləri aprel ayında 4.4%, orta müddətli inflyasiya gözləntiləri 2.9%, uzunmüddətli inflyasiya gözləntiləri isə 2.6% səviyyəsinə yüksəlmişdir.
Həmçinin defolta səbəb ola biləcək 31.4 trilyon dollarlıq borc həddinə çatan ABŞ-da sözügedən limitlə bağlı çıxılmaz vəziyyət davam edərkən, Ağ Ev ABŞ prezidenti Co Baydenin bugün bu çərçivədə konqres liderləri ilə görüşəcəyini açıqlayıb.
İlk olaraq qeyri-müəyyənliyin kredit risklərini artırdığını vurğulamaq lazımdır.
Qlobal iqtisadiyyatlarda artan narahatlıqlar fonunda qızıl “güvənli liman” missiyasını davam etdirir. Təhlillərə əsasən hazırda 2026$-dan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəyəri 2029$ səviyyəni qıra bilsə, artım tendensiyasının 2038$-a və 2050$-a kimi davam edəcəyi ehtimal edilir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.