Çərşənbə günü baş tutacaq FED toplantısı öncəsi dolların dünya birjalarında bir qədər də möhkəmlədiyi müşahidə olunur. Eniş tendensiyasını davam etdirən EUR/USD və GBP/USD cütlükləri müvafiq olaraq 1.1260 və 1.3380 hədlərinə qədər ucuzlaşa bilər.
Geosiyasi gərginliyin artması, kriptovalyuta birjalarında yaşanan kəskin enişlər və çərşənbə günü keçirilməsi nəzərdə tutulan FED toplantısı fonunda qızıla tələb artmaqda davam edir. Yüksək tələb səbəbilə artım tendensiyasını davam etdirən qiymətli metal 1845$ həddini qırsa, 1856$ və 1870$-a kimi bahalaşa bilər.
Bitkoin yenidən 6.7% ucuzlaşaraq 32900$ hədlərini test edib. Tarixi maksimumunu nəzərə alsaq, təqribən 50% dəyər itirən bitkoin 32000$-lıq dəstəyi qırarsa, 27000$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.