Milad həftəsi olması səbəbilə birjalarda durğunluq davam edir.
Ötən həftənin sonundan başlayaraq dollar indeksindəki enişlər davam edir. 103.90 bənd hədlərində qərarlaşan DXY 103 bənd səviyyəsindəki dəstək həddinin altına düşsə və “ayılar” qiyməti bu səviyyənin altında saxlaya bilsələr, indeksdə sentyabr ayından etibarən davam edən aşağı istiqamətlənmiş kanalın aşağı sərhəddi - 100 bənd səviyyəsi test edilə bilər. Bu isə major vaıyutaların dollar qarşısında qiymətlərinə dəstək ola bilər.
106 bənd səviyyəsindəki müqavimət qırılacağı təqdirdə isə DXY-110 bənd hədlərinə kimi yüksələ bilər.
İlin son həftəsində dollar indeksinin geriləməsi və növbəti il üçün ehtimalların qaranlıq olması səbəbindən investorların risklərini qızılda diversifikasiya etdiyi müşahidə olunur. Bu səbəbdən də qızıla tələb artır. Təhlillərə əsasən hazırda 1811$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1813$ həddini qırsa, 1820$ və 1826$-a kimi bahalaşa bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkəti QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.