Dünya Ticarət Təşkilatının (WTO) çərşənbə axşamı verdiyi açıqlamadan sonra EUR/USD və GBP/USD məzənnəsi daha da ucuzlaşıb. Açıqlamada Ukrayna müharibəsi ilə əlaqədar dünya ticarətinin azalacağı bildirilib və cari il üzrə artım proqnozunu 4.7%-dən 3%-ə salıb. Bunun isə Amerika ilə müqayisədə daha çox Avropaya mənfi təsir edəcəyi gözlənilir.
Rusiya müharibəsinin enerji, ərzaq qiymətlərini artırmaqla yanaşı, Çində yenidən gücləndirilən karantin tədbirləri kimi maneələr ilə ixracatçılar üçün problemlər də artıb. Müharibənin fəsadları inkişaf etməkdə olan ölkələrdə daha çox hiss edilməkdədir.
Kriptovalyuta birjalarında bitkoin isə 40000$-ın altına düşüb. 39000$ önəmli dəstək səviyyəsidir və növbəti eniş dalğası üçün qırılması önəmlidir.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.