Bir neçə günlük enişdən sonra qızılın qiyməti yenidən artmağa başlayıb.
Bitcoin 110 min dollara çata bilmir - SON QİYMƏT
FED.az xəbər verir ki, hazırda bir unsiya qızılın qiyməti 4 010,16 dollar təşkil edir ki, bu da son sutka ərzində 7,64 dollar və ya 0,19% bahalaşma deməkdir. Xatırladaq ki, on günlər ərzində qızıl 4 000 dollar həddindən aşağı enərək 3 950–3 970 dollar aralığında ticarət olunurdu.
Analitiklər bildirirlər ki, bu yüksəliş təkcə qısamüddətli deyil, eyni zamanda uzunmüddətli artım tendensiyasının davamı ola bilər. Son bir ayda qızıl 157,99 dollar və ya 4,11% bahalaşıb. Son altı ayda qiymət artımı 785,12 dollar, illik müqayisədə isə 1 262,28 dollar və ya 46,06% təşkil edib. Beş illik dövrdə qızıl 2 106,89 dollar, son 20 ildə isə 3 540,66 dollar dəyər qazanıb.
Ekspertlər hesab edirlər ki, qızılın 4 000 dollar həddini yenidən aşması növbəti günlərdə 4 050–4 100 dollar diapazonuna doğru hərəkətin başlaya biləcəyini göstərir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.




 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








