Bu gün dünya birjalarında qızıl və gümüş bahalaşıb.
FED.az-ın məlumatına görə, saat 21.30-a olan məlumata əsasən, dekabrın 7-da qızılın qiyməti 0,58 faiz bahalaşaraq 1 unsiya üçün 1245,52 dollar təşkil edib.
ELƏCƏ DƏ BAX: Türkiyədə dollar ucuzlaşır – SON MƏZƏNNƏ
Gümüş isə 0,62 faiz bahalaşaraq 1 unsiya üçün 14,57 dollara bərabər olub.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
Qızıl və gümüş bahalaşmağa başladı – SON QİYMƏTİ
21:29
7 Dek 2018